Jirinovskidən AÇIQLAMA
17.12.2020
Ərzaq məhsullarının qiymətini endirməyin ən yaxşı yolu həbs siyahısı hazırlamaqdır.
DM xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski deyib.
"Dərhal qiymətlər enəcək, qayda-qanun bərpa olacaq”, - deyə Jirinovski bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladmir Putin son iclaslardan birində ölkədə ərzaq məhsullarının qiymətinin qalxmasına görə məmurlara sərt irad bildirib.