Ceyhun Bayramov Brüsselə getdi
17.12.2020
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.
DM xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.