21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İbad Hüseynovdan prezidentlərə müraciət: Afrinə getmək istəyirəm

25.01.2018

Birinci Qarabağ savaşının qəhrəmanlarından olan cəsur kəşfiyyatçı İbad Hüseynov Azərbaycan və Türkiyə prezidentlərinə ilginc müraciətdə bulunub.
O, müraciətində bildirib ki, bir millət, iki dövlət olduğumuzu təkcə öz-özümüzə deyil, dünyaya əyani şəkildə göstərməliyik. Bunun üçün ən böyük platformalardan biri də elə antiterror əməliyyatlarında da birgə hərəkət etməyimizdir:
"Əlbəttə, kimsə deyə bilər ki, Türkiyə ordusu dünyanın ən qüdrətli ordularındandır və mehmetcik kiminsə köməyinə ehtiyacı olmadan qarşısına qoyulmuş tapşırığı uğurla yerinə yetirməyə qdirdir. Amma mən razılaşmıram bununla. Biz də Türkük və bizim bir - birimizdən başqa gerçək qardaşımız yoxdur. Səfamız birdirsə, cəfamız da bir olmalıdır və bu gün səngərdə çiyin-çiyinə dayanmalıyıq. Bu bir mənəviyyət və ruh məsələsidir. Mən demirəm ki, Azərbaycamn rəsmi olaraq Afrinə batalyon göndərsin. Baxmayaraq ki, NATO tərkibində Əfqanıstan və İraqda illərdi ki, minlərlə əsgərimiz xidmət aparıb. Amma bu gün biz Türkiyənin antiterror əməliyyatı apardığı bütün cəbhələrdə həm öz töhfəmizi verməliyik, həm də inşallah Türkiyə sərhədlərindəki terror yuvalarını məhv etdikdən sonra növbəti antiterror əməliyyatını Qarabağda aparmalıyıq. Dünya da görsün ki, bu iki dövlətin prezidentləri də, əsgərləri də ətlə dırnaq kimidir və Türkün qolunu kimsə bükə bilməz, onu baş əydirməyə kimsənin cürəti çatmaz. Mən öz əsgərlərimə hər döyüşdən öncə dəfələrlə bunları ucadan dedirtdirirdim ki, Türk ölər, geri dönməz və düşmənin üzərinə şir kimi atılırdıq. İndi niyə də olmasın? Niyə biz səngərlərimizi də paylaşmayaq? Mən hər iki ölkənin müvafiq qurumlarından xahiş edirəm Cümhur başqanlarımız səviyyəsində məsələyə icazə verilməsi təmin edilsin və şəxsən mən keçmiş döyüşçülərimlə Türk qardaşımızın bu mücadiləsinə günü sabahdan qoşulmağa hazıram"./dm/