Qarabağda erməni əsgər öldü
16.12.2020
Erməni əsgər Vahe Babayan Qarabağda aldığı güllə yarasından ölüb.
DM xəbər verir ki, erməni mediası onun ötən gün saat 14:17-də "şimal şərqdəki hərbi hissədə” naməlum şəraitdə aldığı güllə yarasından öldüyünü açıqlayıb.
Qeyd edək ki, erməni əsgərinin hələ də Qarabağda, həmçinin "şimal şərqdəki hərbi hissədə” olması barədə məlumatın özü Bəyanata ziddir. 10 noyabrda imzalanan Bəyanata əsasən, erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxmalıdır və onları Rusiya sülhməramlıları əvəz etməlidir.
Rusiya sülhməramlıları 11 noyabrdan artıq yerləşiblər, erməni silahlıları isə Azərbaycan torpaqlarını tərk etmirlər.