21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu, Türkiyəyə hücum deməkdir

16.12.2020

 2017-ci ildən bu yana CAATSA federal qanunu çərçivəsində heç bir ölkəyə qarşı sanksiya tətbiq edilməyib. İlk dəfə NATO üzvü olaraq Türkiyəyə tətbiq edilir.

DM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu necə bir təşkilatdır, bu necə bir tərəfdaşlıqdır? Bu qərar Türkiyəyə birbaşa hücum deməkdir. Səbəb isə Türkiyənin Rusiyadan S-400 zenit raket kompleks sistemlərini almasıdır. ABŞ arsenalındakı hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışına icazə vermir. F-35-lərin minə yaxın hissəsini Türkiyə hazırlayır. ABŞ ehtiyaclarımızı başqa yerdən qarşıladıq deyə, sanksiya silahından istifadə edir. Üstəlik bunu öz hesabatlarında açıq şəkildə bildirir. S-400 sistemləri olmasayadı, yenə hər hansı məsələni bəhanə edib sanksiya tətbiq etməyə çalışacaqdılar.

Açıq deyirəm: Türkiyə müdafiə sənayesi sahəsini asılı vəziyyətdən çıxarmaq üçün ikiqat daha artıq çalışacaq. Layihələri sürətləndirib, dəstəkləri artıracağıq”, - Ərdoğan bildirib.