21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünən əsir götürüldüyü deyilən ermənilər də qaytarılacaqmı?

16.12.2020

"Birmənalı şəkildə bəyanatda göstərilən ərazilər tamamilə təmizlənib Azərbaycan ordusuna təhvil verilməyənə qədər bu əməliyyatlar dayandırılmayacaq".

Bunu hərbi ekspert Ədalət Verdiyev Şuşa inzibati rayonunun Qaladərəsi istiqamətində bir qrup erməni terrorçunun Azərbaycan ordusu tərəfindən əsir götürülməsindən danışarkən deyib. O bildirib ki, Zəngilan və Qubadlı istiqamətində də erməni terrorçu dəstələrin olması gözləniləndir:

"Ermənilərin Şuşanın Qaladərəsi ərazisində əsir düşməsi isə normal proseslərdir. Bunu biz Zəngilan və Qubadlı istiqamətində də gözləyirik. Çünki orada atəşin dayandırılması anında bəzi kəndlər Azərbaycan ordusu tərəfindən azad edilməsinə dair məlumatlar yox idi. Çünki atəş dayandırıldı deyə Araz boyu bəzi kəndlər hələ də erməni işğalçılarının nəzarətində qaldı. İndi görünür ki, bu istiqamət də həmin anti-terror əməliyyatları davam etdiriləcək. Əgər həmin ərazilərdən erməni silahlıları çıxmazsa və yaxud da onların çıxarılmasını Rusiya sülhməramlıları təmin etməzsə, ordumuz və Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq orqanları, güc strukturları bu əməliyyatları gələcəkdə də davam etdirəcək".

Ədalət Verdiyev qeyd edib ki, əsir götürülən erməni terrorçu silahlıları "Hamının-hamıya" prinsipi ilə dəyişdirilə bilməz:

""Hamının-hamıya" dəyişməsi atəşin dayandırılması anına qədər əldə olunmuş razılıq idi. Bu razılıqda da göstərilirdi ki, erməni silahlı qüvvələri həmin əraziləri dərhal tərk etməlidir. Lakin onlar deyilən vaxtda ərazini tərk etmədiyinə görə həmin razılaşmanın ilkin bəyanatının təsiri altına düşmür. Görünür ki, bu barədə ayrıca bir qərar qəbul edilməlidir".

Qeyd edək ki, Azərbaycan ordusunun 160 erməni silahlısını əsir götürməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, Şuşa inzibati rayonunun Qaladərəsi istiqamətində bir qrup erməni terrorçu Azərbaycan ordusu tərəfindən tərksilah edilib.