Almaniya ən sərt karantinə başlayır
16.12.2020
Bu gündən başlayaraq Almaniyada son dərəcə sərt karantin rejimi tətbiq olunub.
DM xəbər verir ki, bu barədə Almaniya hökuməti qərar qəbul edib.
Sözügedən tədbirlər koronavirusun ölkədə kütləvi yayılma təhlükəsinin sabit yüksək səviyyədə olması ilə bağlıdır. Yeni il bayramları ərzində davam edəcək karantin vətəndaşların ictimai və şəxsi həyatında son dərəcə sərt məhdudiyyətləri ehtiva edir.
Karantin 16 dekabrdan 10 yanvaradək ərzaq mağazaları və apteklər istisna olmaqla bütün ticarət nöqtələrinin bağlanmasını, məktəblərin distant təhsilə keçirilməsini, kütləvi tədbirlərin və ictimai yerlərdə spirtli içkinin qəbul edilməsinin qadağan olunmasını nəzərdə tutur.