Qazaxıstanı parçalamaq istəyənlər var - Nazarbayev
16.12.2020
Ölkəmizdə real təkliflərə sahib konstruktiv müxalifət görmək istəyərdim.
DM xəbər verir ki, bu sözləri Qazaxıstanın keçmiş prezidenti Elbaşı Nursultan Nazarbayev deyib.
"Müxalifət olmalıdır, ortaya çıxmalıdır. Müxalifət konstruktiv olmalıdır. Nə üçün konstruktiv? Biz gənc müstəqil dövlətik, hər şey möhkəm qurulmayıb. Qazaxıstanı parçalamaq olduqca asandır. Qonşularımız böyükdür, təsir göstərə bilərlər. Müəyyən zamanda qazandığımız hər şeyi olduqca asan şəkildə itirə bilərik. Bunun üçün hakimiyyət lazımdır, əgər vertikal hakimiyyət yoxdursa, biz heç bir ideyanı reallaşdıra bilmərik. Yoxsa ki, biz həmişə mübahisə edib, mitinqlərdə problemləri müzakirə edəcəyik”, - deyə sabiq prezident bildirib.