Ramin Bayramlıdan AÇIQLAMA
15.12.2020
"Koronavirusa yoluxma fevral ayından bəri ölkədə artan dinamika ilə gedir”.
DM-in məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, ölkəmizdə xəstəxanaların strukturunun yaxşılaşması nəticəsində bu gün biz gündəlik 4000 yoluxmanın öhdəsindən gələ bilirik: "Amma bu, daimi deyil. Ona görə də gərək biz vaksinasiyaya başlayaq. Hazırda klinik sınaqlar fazasına daxil olan 30 vaksindən 7-si 3-cü mərhələdədir”.