Tramp seçkidə buna görə məğlub oldu – Ruhani
15.12.2020
Donald Trampın prezidentlik yarışında məğlub olmasının səbəblərindən biri İrana qarşı iqtisadi sanksiyalardır.
DM xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
"İki il yarımlıq genişmiqyaslı iqtisadi müharibədən sonra baş verən uğursuzluqlar və beynəlxalq siyasətdəki problemlər Trampın seçkilərdə məğlub olmasına zəmin yaratdı”, - o qeyd edib.
Ruhani Trampın illuziyalar əsasında hərəkət edərək, İranın real gücünü və imkanlarını dərk etmədiyini dilə gətirib.