03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabahın hava proqnozu

15.12.2020

Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Dekabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsaəsn, dekabrın 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.