Paşinyan ordunu bura çağırdı, Qasparyan imtina etdi
15.12.2020
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla əlaqə saxlayaraq, qoşunların paytaxta girişdə hazır vəziyyətdə olmasını tapşırıb.
DM xəbər verir ki, bu barədə "Politik.am” nəşri Ermənistan Müdafiə Nazirliyindəki etibarlı mənbələrinə istinadən yazıb.
"Nikol qoşunlara onun əmrini gözləməyi söyləyib”, - mənbə bildirib.
Qasparyan baş nazirə cavab olaraq bildirib ki, Baş Qərargah rəisi olduğu müddətdə ordu nə daxili siyasi proseslərə qarışacaq, nə də şəhərə gətiriləcək. Bununla da söhbət bitib.
Bundan sonra Qasparyan Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla əlaqə quraraq söhbətin təfərrüatını ona təqdim edib.