İrandan Türkiyəyə dəstək
15.12.2020
İran Xarici İşlər naziri Cavad Zərif "Twitter” hesabında Türkiyəni dəstəkləyən status paylaşıb.
DM xəbər verir ki, İran XİN sözçüsü statusda ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsini pisləyib. O bildirib ki, bu məsələdə Türkiyə İrana güvənə bilər:
"ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları şiddətlə qınayırıq.
Türkiyə xalqının və hökumətinin yanındayıq. İlk növbədə qonşuluq gəlir”.