21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənilər Qafqaza köçürülmə xalqdır – Yunan nəşri

14.12.2020

 Yunanıstanda fəaliyyət göstərən "Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Rəşid Məmmədovun Yunanıstanın "Karfitsa” jurnalında ermənilərin Qafqaza köçürülmələri ilə bağlı məqaləsi çap olunub.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

"Məqalə ermənilərin heç vaxt Qafqazın əzəli sakinləri olmaması, sonradan müxtəlif mərhələlərdə bu ərazilərə köçürülmələri ilə başlayır.

Alman kartoqrafı Sebastian Münsterin 1544-1545-ci illərdə çəkdiyi xəritə haqqında məlumat verilir. Xəritədə Qafqaz Albaniyası, Kolxida, İberiya (indiki Gürcüstan) təsvir edilib, erməni dövləti Qafqazdan kənarda qeyd edilib.

Məqalədə 1918-ci ildə Qafqazda Azərbaycan, Ermənistan, Gürcüstan dövlətləri yaradıldıqda belə ermənilərin ərazi iddiaları ilə çıxış edərək, Zəngəzur və Qarabağda azərbaycanlılara qarşı iğtişaşlar törətmələrindən bəhs olunur.

AXC hökumətinin səyi nəticəsində 1919-cu ilin noyabrın 23-də Tiflisdə Ermənistan ilə müqavilə imzalanıb. Bu müqaviləyə görə iğtişaşlar dayandırılmalı, mübahisəli məsələlər dinc yolla həll edilməli idi.

Məqalədə 88-ci illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı hücumları davam etdirərək onlara qarşı etnik təmizləmə siyasəti apardığı, soydaşlarımızı öz torpaqlarından qovub çıxartmaqlarına yer ayrılıb. Həmçinin paralel olaraq sovet hakimiyyəti rəhbərliyi qarşısında Dağlıq Qarabağın iqtisadi geriliyi məsələsini ortaya ataraq bu səbəbdən Ermənistana birləşdirilməli olduğunu əsas gətirmələri haqqında məlumat verilib”.