03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənilərin daha bir çirkin yalanı ifşa olundu

14.12.2020

 Bir müddət öncə Birləşmiş Millətlər Təşkilatının Yerevan ofisi qarşısında aksiya keçirilmişdi.

Hüquq müdafiəçisi Armine Melkonyanın təşkil etdiyi aksiya zamanı guya Qarabağda erməni əhalisinin etnik təmizləməyə məruz qalması, mülki şəxslər arasında itkilərin olması barədə iddialar səsləndirilib.

Onlar BMT rəsmilərini onlarla görüşməyə, beynəlxalq birliyin Qarabağ ermənilərinə dəstək verməsini tələb ediblər.

"Biz BMT ofisinə bütöv bir xalqın haqlarının pozulması barədə faktlar təqdim etmişik” –deyə Melkonyan jurnalistlərə açıqlama verib.

Aksiyada Ermənistan parlamentinin keçmiş deputatı Anait Baxşyan da iştirak etmişdi.

Bu dəfə də erməni tərəfi yalan və feyklərdən istifadə etməyə üstünlük verib. Belə ki, BMT-yə təqdim edilnə faktlar əslində işğalçı Ermənistan ordusunun dinc azərbaycanlılara qarşı təşkil etdiyi hücumların nəticələrini əks etdirir. Belə ki, aksiyada qaldırılan şüarlardan birinə 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndində nənəsi ilə birlikdə ermənilər tərəfindən öldürülən 2 yaşlı Zəhranın şəkli vurulmuşdu. Beləliklə, erməni əhaliyə qarşı zorakılıq faktları tapmayan Ermənistan təbliğat maşını növbəti dəfə yalan və feyk vasitələrə əl atıb.