Fransa və ABŞ-dan olan həmsədrlər Ermənistan XİN başçısı ilə görüşüb
14.12.2020
ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri İrəvanda Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüblər.
DM-in xəbərinə görə, Ermənistan XİN-in mətbuat xidməti görüşün həmsədrlərin regiona səfəri çərçivəsində baş tutduğu barədə məlumat yayıb.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili də iştirak edib.
Qeyd edək ki, Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov xəstələnməsi səbəbindən regiona səfər etməyib.