Bu il 1200-ə qədər şəhid ailəsinə təqaüd təyin edilib
14.12.2020
"Bu il 1200-ə qədər şəhid ailəsinə təqaüd təyin edilib".
DM-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, nazirlik həmçinin şəhid ailələrinə psixoloji yardım göstərir:"Bununla yanaşı, erməni təcavüzü nəticəsində təsərrüfatına ziyan dəyən ailələrə də dəstək layihəsi həyata keçirilir. Həmin ailələrin özünü məşğulluğu ilə bağlı tədbirlər görülür".