DM media xəbər verir ki, Dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın qələbəsindən narahat olan bəzi qüvvələri hərəkətə gətirib. Paradda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur mahnıdan söylədiyi "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" misraları İranda narahatlıqla qarşılanmışdı və etirazlar hələ də davam edir.