03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Miqrant problemi müzakirə ediləcək

07.07.2018

İtaliya, Almaniya və Avstriyanın daxili işlər nazirləri Avropa Birliyi ölkələrinə Aralıq dənizi və cənub dəhlizi vasitəsilə keçən miqrant axınına son qoymaq məqsədilə gələn həftə görüşəcəklər.
İtaliyanın ANSA agentliyi xəbər verir ki, bu fikri Avstriya kansleri Sebastyan Kurts Almaniya daxili işlər naziri Horst Zeehofer ilə görüşdükdən sonra söyləyib. O bildirib ki, miqrant axınının qarşısını almaq üçün yeni tədbirlərin həyata keçirilməsində öz ölkəsi ilə yanaşı, İtaliya və Almaniyanın da marağı olacaq.
Almaniya daxili işlər naziri Horst Zeehofer isə qeyd edib ki, tranzit mərkəzlərinə aparılan miqrantlar Roma və Afinaya geri göndəriləcək və bu da İtaliya və Yunanıstanın qeyri-leqal miqrasiya axının qarşısını almasına kömək edəcək.