AB-dəki bəzi ağıllı dövlətlər... – Ərdoğan
11.12.2020
Avropa Birliyinin dünənki iclası əslində bir çox ölkənin gözləntisinə cavab vermədi.
DM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"AB-yə üzv ölkələr arasındakı ağıllı dövlətlər bu oyunu boşa çıxardılar. Türkiyənin əleyhinə çalışan bəzi dövlətlər növbəti zirvə toplantısından da əliboş qayıdacaqlar. Aralıq dənizinin şərq hissəsində baş verən proseslər, Türkiyənin bu proseslər qarşısında səbirli davranması bəzi dövlətlərin gözləntilərini boşa çıxardı”, - Ərdoğan bildirib.