Ermənistan Azərbaycanı qadağan olunmuş silahlarla vurub
11.12.2020
Erməni silahlı qüvvələri 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən döyüş əməliyyatları zamanı qanuna zidd olan raketlərdən istifadə edərək Azərbaycana zərbələr endirib.
DM Trend-ə istinadən xəbər verir ki, bu barədə "Human Rayts Votç”un hesabatında deyilir.
Hesabata görə, Azərbaycanda aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan silahlı qüvvələri siravi əhalinin yaşadığı ərazilərə ballistik raketlər, top mərmiləri və iri çaplı top mərmilərindən istifadə edərək 11 dəfə zərbələr endirib və bu hadisələr sənədləşdirilib.
"Human Rayts Votç”un Avropa və Orta Asiya direktoru Hyug Viliamos deyib ki, erməni qüvvələri dəfələrlə əhalinin sıx yaşadığı şəhər və kəndlərə raket və ağır top atəşləri endiriblər.
"Altı həftəlik müharibə zamanı bu hücumlar təkrar-təkrar edilib və mülki şəxslər öldürülüb, evləri dağıdılıb. Bu məsələlər araşdırılmalıdır", - məlumatda bildirilib.
HRV ümumilikdə Ermənistan silahlı qüvvələrinin Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərdəki şəhər, qəsəbə, kəndlərinə raket və artilleriya zərbələrini araşdırıb.