Bu sanksiya Türkiyəyə hörmətsizlikdir – Ərdoğan
11.12.2020
ABŞ-ın S-400-ə görə Türkiyəyə sanksiya tətbiqi niyyəti NATO üzrə vacib tərəfdaşına hörmətsizlik nümayişidir.
DM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Türkiyə NATO ölkəsidir, ABŞ da həmçinin NATO üzvüdür. Türkiyə alyansın beş vacib ölkəsi sırasına daxildir, yəni adi ölkə deyil. Əvvəl cənab Tramp və ya Obama fəxrlə deyirdi ki, NATO-da Türkiyə kimi ölkə var, amma indi ABŞ Türkiyəyə qarşı CAATSA qanunu tətbiq edir. Bu, NATO üzrə çox vacib tərəfdaşa hörmətsizlikdir. Mən bunu belə görürəm”, – deyə o bildirib.