İrəvanda bank direktorunun maşını partadıldı
09.12.2020
İrəvanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.
DM xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, bu gün saat 08:30 radələrində İrəvanın Davtyan küçəsində "Leksus” avtomobili partlayıb. İlkin məlumatlara görə, insident nəticəsində xəsarət alan yoxdur.
Qeyd olunub ki, avtomobil "Armekonombank"ın icraçı direktoru Aram Xaçatryana məxsusdur.