Almaniya qaçqınlara ölkədən çıxarır
06.07.2018
"Dövran Media” Regnum informasiya agentliyinə istinadən xəbər verir ki,
təxminən 12 min miqrant pul mukafatı əvəzinə Almaniya ərazisini tərk edib.
Bu barədə N-TV telekanalı məlumat verib. Almaniya hökuməti bunun üçün dövlət
fondundan 40 miliyon avro pul ayırıb ki, miqrantlar öz istəkləri ilə ölkədə
yerləşməkdən imtina etsinlər. StarthilfePlus proqramına əsasən, vəziyyətdən asılı
olaraq böyüklər 800 avrodan 1200 avroyadək, uşaqlar isə bu məbləğin yarısı qədər
alıblar. Əgər eyni vaxtda bir ailənin 4 nəfərdən cox üzvü Almaniyanı tərk edibsə,
onlar əlavə olaraq 500 avro məbləğində bonus alıblar. Beləliklə, bu yolla 2018-ci
ilin birinci rübündə əsasən İraqdan və Əfqanıstandan olan 11618 miqrant
Almaniyadan getmidir. StarthilfePlus proqramı 2017-ci ilin fevralından fəaliyyətə
başlayıb. Tənqidçilər isə bunu ədalətsizlik kimi qiymətləndiriblər.