Baydeni prezident kimi tanımaqdan imtina etdilər
09.12.2020
ABŞ Konqresində Respublikaçıların liderləri Cozef Baydenin seçilmiş prezident kimi tanınmasıyla bağlı qətnaməni qəbul etməkdən imtina ediblər.
DM xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb.
Məlumata görə, qətnamənin qəbulu təklifi ilə Demokratlar Partiyasının konqresmeni Steni Hoyer çıxış edib. Qətnamənin qəbuluna qarşı, xüsusilə, Senatda Respublikaçıların lideri Miç Makkonel, Konqresdə Respublikaçıların lideri Kevin Makkarti, komitə sədri Roy Blant səs verib.