Manukyandan polisə çağırış
09.12.2020
Hüquq mühafizə orqanlarını ictimai nizama əməl etməyə və məğlub olmuş hakimiyyətin əlində siyasi alətə çevrilməməyə çağırırıq.
DM xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan deyib.
"Bizim hərəkat (Vətənin Qurtuluş Hərəkatı) dövriyyə toplayır. Hər gün bizə yeni insanlar, qruplar və strukturlar qoşulur. Ölkənin gələcəyindən narahat olan minlərlə gənc İrəvanda və bölgələrdə təhlükəsizliyimiz üçün şərəflə mübarizə aparırlar.
Bu, siyasi hərəkat deyil. Bu, yalnız hakimiyyətin əvəzlənməsi üçün hərəkat deyil. Bu, ilk növbədə ləyaqət hərəkatıdır”, – o bildirib.