Ərdoğan Azərbaycana gəlir
09.12.2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gələcək və Qarabağdakı atəşkəsdən sonra ilk dəfə həmkarı İlham Əliyevlə görüşəcək.
Bu barədə "TRTHaber” məlumat yayıb.
Ərdoğanın Bakı səfəri iki gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək.
Ərdoğan-Əliyev görüşü zamanı atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.
İki lider atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Ortaq Mərkəz üçün həyata keçirilən fəaliyyətlər müzakirə olunacaq.
Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atdıqları addımlar barədə qiymətləndirmələr aparılacaq.