21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanlılar bilməlidir ki, bu, tezliklə ola bilməz

09.12.2020

 Azərbaycanın azad edilmiş bölgələrində mənzil, nəqliyyat və logistika daxil olmaqla, potensialın və infrastrukturun bərpası çox böyük siyasi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir. Azərbaycan bu məsələdə dost ölkələrin köməyinə arxalana bilər. İtaliya da bu ölkələrdən biridir, bərpa işlərinə qatılmağa iddialıdır və bu çox doğrudur.

DM xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Qarabağ regionunun, azad edilmiş ərazilərin potensialı Azərbaycanın iqtisadi göstəricilərinə böyük töhfə verəcək.

"Bundan əlavə, qarşıda qaçqınların və məcburi köçkünlərin yaşayış yerlərinə qayıtması da var. Bu isə 1 milyondan çox insan deməkdir. Əlbəttə, bu proses tezliklə baş verə bilməz və Azərbaycan cəmiyyəti anlamalıdır ki, bu, eyni vaxtda həll olunan məsələ deyil. Ancaq bu məsələnin həll ediləcəyi və Azərbaycanın siyasi rəhbərliyinin buna böyük əhəmiyyət verdiyi şübhə doğurmamalıdır”, - Korotçenko bildirib.