Avropanın təhlükəsizliyi Türkiyənin əlindədir - Siyyarto
08.12.2020
Avropa Birliyi (AB) Türkiyəyə təşəkkür etməlidir. Türklər 4 milyon miqranta ev sahibliyi edirlər.
DM xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Piter Siyyarto deyib.
"İstər bəyənsinlər, istərsə də bəyənməsinlər. Avropanın təhlükəsizliyi Türkiyənin əlindədir. Avropa Türkiyəyə öhdəlik götürdüyü pulu ödəməlidir. Ankara hər baxımdan AB üçün strateji tərəfdaşdır. Türkiyəyə qarşı ikili standartlara icazə verilməməlidir”, - Siyyarto bildirib.