Əliyev bununla ürəkləri fəth etdi – Camalyan
08.12.2020
Müharibə zamanı Ermənistan ordusunda resursların səfərbər edilməsi, könüllülərin koordinasiyası və s. problemlər var idi, amma belə bir son heç kimin ağlına gəlməzdi.
DM xəbər verir ki, bunu tanınmış erməni hərbi mütəxəssisi Davud Camalyan "İcmal” (Obzor) proqramının efirində deyib.
Onun sözlərinə görə, baş verənləri sırf hərbi aspektdən dərk etmək üçün vaxt lazımdır:
"Hər şeyi ordumuzun üstünə atmaq olmaz. Ordu döyüşürdü, lakin düşmən çox güclü idi. Müharibə zamanı Ermənistan güclü bir liderə ehtiyac duyurdu, bunun əvəzində isə Qərbin ultra-liberal maraqlarına xidmət edən bir Soros əlaltısı var idi. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə (Aprel döyüşləri zamanı - red.) Ermənistanın özündə də insanların ürəyini fəth edən ritorikası ilə bizi yenə məğlub etdi”.