Rüstəmxanlı və Paşayeva mükafat aldı
08.12.2020
Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya mükafatlar təqdim edilib.
DM xəbər verir ki, bu barədə Sabir Rüstəmxanlı məlumat yayıb.
O bildirib ki, ötən gün Türkiyədən gələn qonaqlar - Türk Ədəbiyyatı Vəqfinin sədri Serhet Kabaklı və Vəqfin iki başqa məsul işçisi - dəyərli yazarlar Bəxtiyar Aslan və İmdat Avşarla görüşüblər:
"Vəqfin İdarə Heyətinin qərarı ilə bu il mənə ‘’Yaşayan Dədə Qorqud’’ mükafatı verilib, ‘’Türklüyə üstün xidmət’’ ödülünə isə millət vəkilimiz, gördüyü işlərlə Azərbaycanda, Türkiyədə sevgi və sayğı qazanmış Qənirə Paşayeva layiq görülüb. Qonaqlar özəl olaraq bu mükafatları təqdim etmək üçün gəlmişdilər”.