03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Arkov: Əgər ermənilər revanşa cəhd etsə...

08.12.2020

 Parisin hərəkəti havayı cəhddən başqa bir şey deyil. Əlbəttə, əgər belə bir məsələ ortaya qoyulsaydı, Fransanı Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırmaq olardı. Parisin bir çox bəyanat və hərəkətləri nüfuzlu və varlı erməni icmasının lobbiçiliyini və motivasiyasını göstərir. ABŞ-da da belədir. Bilirik ki, ABŞ Konqresində güclü erməni lobbisi mövcuddur.

DM xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.

"Düşünürəm ki, Bakı Fransa tərəfdən bu siyasi təxribatlara ciddi reaksiya verməməlidir”, - Arkov bildirib.

O qeyd edib ki, rus sülhməramlılarının olduğu ərazilər belə Azərbaycanın ərazi bütövlüyü kimi tanınıb:

"Onda hansı əsasla Fransada belə bəyanatlar səsləndirirlər? Əminəm ki, cənab Makron heç vaxt buna getməz (keçmiş və qondarma "dqr”in tanınması nəzərdə tutulur – red.)”.

Onun sözlərinə görə, İrəvanın ritorikası gələcəkdə də dəyişməyəcək:

"Aydındır ki, Ermənistan cəmiyyəti bu razılaşmadan və bəyanatdan narazıdır. Uzunmüddətli təbliğat Ermənistandakı insanların şüuruna təsir etdi. Buna görə də indi siyasətçilər onillərdir bu təbliğatla bəslənən seçicilərin eşitmək istədiklərini söyləyirlər. Bəli, bunu qəbul edən, ölkənin həyatına sıfırdan başlamağı söyləyən ağıllı insanlar var. Onlar deyir ki, sülh içində, Azərbaycan, Türkiyə ilə harmoniya içində yaşamağı öyrənməliyik, ölkənin iqtisadiyyatını bərpa etmək lazımdır. İndi Ermənistanda elə bir vəziyyət var ki, bunu düşmənə belə arzu etməzsən. Ermənistanın edəcəyi çox şey var. Ermənistandakı ağıllı insanlar başa düşür ki, hərbi revanş cəhdi ölkədəki fəlakətin şiddətlənməsinə səbəb olacaq. Ermənistandakı revanşizm yeni qurbanlardan başqa bir şey verməyəcək”, - Arkov bildirib.