Moldova lideri səlahiyyətlərini geri alır
08.12.2020
Moldova Konstitusiya Məhkəməsi dövlət başçısının səlahiyyətlərini məhdudlaşdıran 218 saylı qanunun tətbiqini dayandırıb.
DM xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Qanunun tətbiqinin Konstitusiya Məhkəməsinin parlamentin fəaliyyəti haqqında yekun qərar verənədək dayandırıldığı bildirilib.
Qeyd edək ki, 218 saylı qanuna əsasən, parlament Moldova prezidentinin əlindən İnformasiya və Təhlükəsizlik Xidmətini alır və o, birbaşa baş nazirin tabeçiliyinə verilir.