Ərdoğan Bakıya gəlir
07.12.2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Naxçıvan (Zəngəzur) dəhlizi gündəm mövzulardan olacaq.
DM xəbər verir ki, bu barədə "Haber 7” məlumat yayıb.
Bildirilir ki, gündəmə gələn məsələ ilə bağlı addımların ən qısa müddətdə atılması gözlənilir.
Qeyd edək ki, qardaş ölkə Prezidenti Ərdoğan sabah Bakıya gələcək.