21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qazilər üçün toplanmış pulu ələ keçirən "şəxs" tutuldu

07.12.2020

Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılmış və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

DM DTX-nin saytına istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hazırda araşdırmalar davam edir.