Hindistanda yeni infeksiya
07.12.2020
Hindistanın cənubunda yeni infeksiya aşkarlanıb.
DM xəbər verir ki, bilinməyən xəstəliyə görə 315 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər dünyasını dəyişib.
Cənubi Hindistanın Eluru şəhərində aşkarlanan virusun əlamətləri başağrısı, başgicəllənmə və epilepsiya simptomlarıdır. Xəstələrin koronavirusa görə verdiyi testin cavabları mənfidir.
Həkimlərin sözlərinə görə, insanların çirkli hava və ya keyfiyyətsiz məhsulların istifadəsi nəticəsində zəhərlənməsi istisna deyil.