Arvadım prezident olmayacaq - Obama
06.12.2020
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama Amerika Birləşmiş Ştatları prezidentliyinə namizədliyini irəli sürmək niyyətində deyil.
bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama İspaniyanın "La Vanquardia” qəzetinə verdiyi müsahibədə bildirib.
Obama xanımının prezidentliyə namizəd olmayacağına dair zəmanət verdiyini də dilə gətirib:
"Kitabda da qeyd etdiyim kimi Mişelin siyasətdən xoşu gəlmir. Buna baxmayaraq, növbəti hədəfindən asılı olmayaraq, bir zamanlar mənim üçün etdiyi kimi, onu hər zaman dəstəkləməkdən məmnun olacağam".