Türkiyədən Qarabağ açıqlaması: Minalar...
06.12.2020
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ən qısa müddətdə fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, polkovnik-leytenant Nadidə Şəbnəm Aktop deyib.
O bildirib ki, işğaldan azad edilən ərazilərdə qardaş Azərbaycan Ordusuna dəstək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri ərazini minalardan təmizləyir:
"Eyni zamanda, bununla bağlı təlimlər də keçilir. Həm kədərdə, həm də şad günlərdə bərabər olduğumuz, can qardaşlarımız Azərbaycan türkünün haqlı davasında bütün imkanlarımızla yanındayıq”.