“Washington Post” Azərbaycandakı İSTİDƏN YAZDI
05.07.2018
Cənubi Qafqaz regionu dünyanın ən isti yerlərindəndir.
"Dövran Media" xəbər verir ki, bu barədə "Washington Post” qəzeti xəbər verir.
Araşdırmalar göstərir ki, Yaxın Şərqdəki son həftənin ən yüksək temperaturu Omanda, Gürcüstan və Ermənistanda qeydə alınıb.
İyulun 2-də Yerevanda hava 42 dərəcəyə, 4 iyulda Tbilisidə 40,5 dərəcəyə çatıb.
Azərbaycanda orta temperatur 40 dərəcə, orta dağlıq ərazilərdə və Naxçıvan MR ərazilərində 40-44 dərəcə istidir.
İyulun 2-də Azərbaycanın paytaxtında temperatur 40-43 dərəcə isti təşkil edib.