Azərbaycan 2 Ermənistan vətəndaşını azad etdi
04.12.2020
Rusiyanın Qarabağ bölgəsində yerləşdirilmiş sülhməramlı kontingenti yeni açıqlama yayıb.
DM xəbər verir ki, sülhməramlıların "qaynar xətti”nə daxil olmuş məlumat əsasında Azərbaycanın Xocalı rayonunun Pirlər kəndindən olan Ademnik Ambartsumyan və Ramid Xaçaturyan adlı şəxslərin itkin düşdüyü müəyyən olunub.
Rusiya tərəfi alınmış məlumat əsasında Azərbaycan tərəfi ilə əlaqə saxlayıb. Həımin şəxslərin hərbçilərimiz tərəfindən saxlanılaraq Bakıya gətirilikləri müəıyyənləşib.
Modern.az saytının yazdığına görə, sülhməramlıların komandanlığı və Azərbaycan tərəfi arasında aparılan danışıqlar nəticəsində Ambartsumyan və Xaçaturyan Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarə ilə Bakıdan Yerevana gətiriliblər. Onlar Ermənistan Sərhəd Xidmətinə təhvil veriliblər.