21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

15 günlük qapanma və “SMS icazə” sistemi ilə bağlı AÇIQLAMA

04.12.2020

 Dünyada və Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı heç də ürəkaçan deyil. Operativ Qərargahın sonuncu brifinqində bildirilib ki, yoluxma sayı artmaqda davam edərsə, 2 həftəlik sərtləşməyə gediləcək. Azərbaycanda bu həftədən "SMS icazə" sistemi tədbiq edilə bilərmi?

DM xəbər verir ki, bununla bağlı fikirlərini Sonxeber.az-la bölüşən deputat Müşfiq Cəfərov bildirib ki, brifinqdə sərt karantin rejimi ilə bağlı fikirlər səsləndirilsə də, bunun iqtisadi tərəflərini düşünmək lazımdır:

"Sərtləşməyə gedildiyi halda gərək dövlət hesablamalar aparsın. Əvvəlki kimi "SMS icazə" və iş yerlərinin bağlanması olduqda, bunun iqtisadi məqamları var. Ona görə də gərək hər şey ölçülsün və dəqiqləşdirilsin. Amma istənilən halda rəqəmlər ürəkaçan deyil. Yoluxma sayının artmasının səbəbkarı əsasən hələ də bu xəstəliyin ciddiliyini dərk etməyən insanlardır.

Düzdür, karantin rejimi və maskalarla bağlı qaydalar sərtləşdirilib. Təkrar-təkrar maarifləndirici işlər görülür. Amma qaydalara əməl etməyən insanlar qalmaqdadır. Ona görə də yoluxma ilə bağlı vəziyyət bu səviyyəyə çatıb. İnsanlar hətta qapalı yerlərdə də əsasən burundan aşağı maskadan istifadə edirlər. Ona görə də maskalarla bağlı qaydalar daha da sərtləşdirilməlidir. Mütləq şəkildə maskalar burundan aşağı istifadə edilməməlidir.

15 günlük qapanmaya gəldikdə isə, düşünürəm ki, bu qaydanın iqtisadi tərəfi analiz edilməlidir. Bundan sonra 15 günlük qapanma ilə bağlı qərar verilə bilər. Əlbəttə, bu, dövlətimiz və insanlarımız üçün arzuolunan deyil. Hər kəs maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır".

Deputat vurğulayıb ki, bayram şənliklərində insanlar kütləvi şəkildə bir araya toplaşır:

"44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə sevincinin qeyd edilməsi də yoluxmanın artmasına səbəb oldu. Bu, bizim 28-30 il gözlədiyimiz zəfər idi. Ona görə də arzuladığımız formada yaşadıq. Bundan əlavə, şəhidlərimizin dəfn mərasimlərində də kütləvi toplaşmalar oldu. Hesab edirəm ki, buna görə də bayram günlərində insanların kütləvi toplaşmasına icazə vermək olmaz. Çünki kütləvi toplaşmalar bu kimi fəsadlara səbəb olur".