03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məni güllə altında sürüyərək ərazidən çıxardılar

04.12.2020

Azərbaycan əsgərləri döyüşlər zamanı ölümə üzüaçıq, gülərüz gedirdilər.

DM-in məlumatına görə, bunu ikinci Qarabağ müharibəsi qazisi mayor Elnur İsayev deyib.

1993-cü ildə Ali Hərbi Məktəbə qəbul olan E.İsayev bu təhsil müəssisəsini bitirdikdən sonra 2014-cü ilədək hərbi xidmətdə olub:

"Hərbi xidmətdən tərxis olunduqdan sonra orta məktəbdə hərbi müəllim işlədim. Müharibə başlayanda Vətən çağırdığı üçün getdim. Füzuli istiqamətində olan alınmaz qala oktyabrın 18-də kəşfiyyat bölüyümüz tərəfindən ermənilərdən alındı və əmr edildi ki, növbəti istiqamət üzrə hərəkət edək. Elə vəziyyət yarandı ki, 100 nəfər erməni hərbçisi ilə üz-üzə qaldıq. Düşmən bizi gördü və mina atmağa, snayperlərlə atəşə tutmağa başladı. Mən həmin döyüşdə Azərbaycan əsgərinin çox igid olduğunu bir daha gördüm. Güllə atılırdı, o, əsgərin yanından keçirdi, deyirdim ki, başınızı əyin. Amma əsgərlərimiz başını əymədən yenidən düşmənin üzərinə gedirdilər. Onlar ölümə üzüaçıq, gülərüz gedirdilər".

E.İsayev həmin döyüşlərdə düşmənin atdığı mina nəticəsində ayağından yaralansa da, döyüşə davam etməyə çalışıb: "Amma çoxlu qan itirdiyim üçün taqətim qalmamışdı. Bölüyə xəbər edəndən sonra məni güllə altında 10 km sürüyərək ərazidən çıxardılar və hospitala çatdırdılar. Əslində, mən o vəziyyətimə görə ölməli idim. Amma həkimlərimizin sayəsində həyata qayıtdım. Əsgərlərimiz kimi həkimlərimiz də şanlı döyüş yolu keçdilər".