Kənan Bayramov və Nəsib Nur vəzifədən çıxarıldılar
05.07.2018
"Xəzər" telekanalında kadr dəyişikliyi baş verib.
"Dövran Media" axşam.az-a istinadən xəbər verir ki, bu saatlarda telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsində çalışan Kənan Bayramov işindən uzaqlaşdırılıb. Eyni zamanda aparıcı Nəsib Nur da vəzifəsindən azad edilib.
Qeyd edək ki, Nəsib Nur "Xəzər" FM-də direktor vəzifəsində çalışırdı. Daha sonra o, yeni yaradılan "Dalğa" TV-yə yaradıcılıq üzrə rəhbər təyin edilmişdi.
"Dövran Media" xəbər verir ki, aparıcı Nəsib Nur qafqazinfo-ya açıqlamasında xəbəri təsdiqləyib. O, Kənan Bayramovla birgə vəzifədən getdiyini bildirib.