21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyanın səsi niyə batmışdı?

04.12.2020

Rusiyanın "Kommersant” qəzeti Ermənistanın Baş naziri Nikol Paşinyanı ələ salıb.

DM xəbər verir ki, qəzet Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) virtual sammitində çıxış edərkən müasir texnologiya barədə anlayışı olmamasını qabardıb.

Qəzet yazır: "Putin Paşinyana söz verdikdən sonra o çıxışına başladı:

-Son iki ay erməni xalqı üçün qarşıdurma mərhələsi oldu, - Paşinyan dedi və sonra səsi xaincəsinə "itməyə” başladı. Sanki Azərbaycan hərbçiləri müharibə dövründə olduğu kimi çıxışının ən maraqlı yerində onun səsini kəsməyə adət ediblər.

"Pardon, texniki problemlər var”, - Nikol Paşinyan qəribə utancaqlıqla Vladimir Putinə baxdı.

Yəni, burada da bacarmadı.

"Bəli, eşidirik",- Rusiya prezidenti başını yellədi.

Ümid edirəm ki, o,(Putin-red) hər kəsin Ermənistan Baş nazirinin texniki problemlərin olduğunu söyləməsini deyil, hər şeyə rəğmən yenə də onu dinlədiklərini nəzərdə tuturdu.

"Türkiyə və Orta Şərqdən olan muzdlu terrorçular tərəfindən dəstəklənən Azərbaycan erməni xalqına qarşı müharibəyə başladı...”, - Nikol Paşinyan sözlərini davam etdirdi, amma elə bu an yenə səsi kəsildi.

Bu zaman o qəfildən cibindən nələrsə çıxarmağa başladı. Diqqət etdikdə bunların mobil telefonlar olduğu aydın olur.

Beləliklə, Nikol Paşinyan bütün bu müddət ərzində özü öz səsini kəsib. Yəni, o çıxışına başlamışmdan əvvəl cibindəki telefonları söndürməyib və onlardan birinə zəng gəlib.

Ermənistanın Baş naziri gizlincə sağ əli ilə telefonları kənara itələdi. Bütün bunlar əlbəttə biabırçı səhnələr idi.

Ancaq zəng edilən telefonun o bir başındakı şəxs yenidən zəng vurdu. Bu dəfə telefon düz masanın üzərində titrədi. Nikol Paşinyan hər ehtimala qarşı əli ilə telefonun üstün örtdü. Görünür, bütün bunların başa çatması üçün hələ də nə edəcəyini bilmirdi.

Bəli, müasir kommunikasiyalara qarşı belə bir münasibətlə 21-ci əsrin müharibəsini qazanmaq olmaz”.