Milli Məclisin daha bir deputatı koronavirusa yoluxdu
04.12.2020
Milli Məclisin deputatları arasında koronavirusa yoluxma halları artıb.
DM-in Modern.az-a istinadən xəbərinə görə, Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev də COVID-19-a yoluxub. Yaxınlarının verdiyi məlumata görə, deputat ev şəraitində müalicəsini davam etdirir.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Milli Məclisin deputatları olan Rəşad Mahmudov, Tahir Mirkişili, Azər Badamov, Tahir Kərimli, Məşhur Məmmədov, Sədaqət Vəliyeva, Məzahir Əfəndiyev, Vüqar Bayramov, Qənirə Paşayeva, Soltan Məmmədov, Nizami Səfərov da koronavirusa yoluxub.