Əsas itkilərimizi burada vermişik - Polkovnik
04.12.2020
Bu Qələbə 1988-ci ildən verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi.
DM xəbər verir ki, bu sözləri eksper, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram şəhidlərimizlə bağlı deyib.
O bildirib ki, Müdafiə Nazirliyinin açıqladığı itki sayı – 2783 şəhid - sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər:
"Əsas itkilərimiz düşmənin mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik”.