Ermənistan son dəqiqəyə qədər buna mane olmağa çalışıb
04.12.2020
Ermənistan BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etmişdir. Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışmışdır. Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olmuşdur.
DM xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 3-də Nyu Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxışı zamanı deyib.
"İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir", - İlham Əliyev bildirib.