Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi
04.12.2020
Türkiyənin Azərbaycandakı səfirliyi şəhid olanlara görə başsağlığı verib.
DM-in məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
"Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və "iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, - deyə paylaşımda qeyd olunub.