23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezident: “Azərbaycan nəqliyyat dəhlizinə çevrilməkdədir”

05.07.2018

Azərbaycan prezidenti İlham Əliyev Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Dövran Media"nın məlumatına görə, dövlət başçısı Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bunun üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.
Prezident İlham Əliyev nəqliyyat dəhlizi sahəsində də əməkdaşlığın önəm daşıdığını bildirərək qeyd edib ki, Azərbaycan hazırda tərəfdaş və qonşu ölkələr arasında nəqliyyat bağlantısının yaradılması işinə fəal sürətdə investisiya qoyur və ölkəmiz mühüm Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilməkdədir: "Şimal-Cənub nəqliyyat layihəsinin uğurlu icrasına başlanıb. Azərbaycan bu sahəyə böyük həcmdə sərmayə qoyur”.
Dövlət başçısı iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından biznes sahəsində fəallığın artırılmasının vacibliyini də qeyd edib. Azərbaycanda Finlandiyanın bir neçə şirkətinin çalışmasına toxunan prezident İlham Əliyev bu şirkətlərin sayının daha da artırılmasının mümkün olduğunu deyib və bildirib ki, Azərbaycanın iqtisadi inkişafı, perspektiv planlar, güclü iqtisadi infrastruktur digər xarici şirkətlər kimi, Finlandiya şirkətlərinin də iqtisadiyyatımızın müxtəlif sahələrində fəal çalışmaları üçün yaxşı imkanlar yaradır.
Xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleynin Azərbaycan prezidenti ilə Finlandiya prezidentinin Davosda keçirilən görüşünün məmnunluqla xatırlandığını bildirib. Finlandiyanın xarici ticarət və inkişaf naziri ölkəmizə səfər proqramının çox məzmunlu olduğunu deyərək, səfər zamanı məhsuldar görüşlər keçirəcəyinə ümidvar olduğunu söyləyib. O, Bakının gözəlliyinin nümayəndə heyəti üzvlərində böyük təəssürat doğurduğunu qeyd edib və paytaxtımızda tarixi arxitektura abidələrinin müasir binalarla gözəl vəhdət təşkil etdiyini vurğulayıb. Xanım Anne-Mari Viroleynin bildirib ki, ölkələrimiz ümumi tarixə malikdirlər və Azərbaycan ilə Finlandiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.
Görüşdə ölkələrimiz arasında energetika, tranzit, peşə təhsili, infrastruktur layihələrində Finlandiya şirkətlərinin iştirakı, iş adamları arasında ticarət əlaqələrinin artırılması, sərmayə qoyuluşu, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.