Gəncədə koronavirus xəstələri aşkarlandı
03.12.2020
Gəncə şəhərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerdə aktiv "COVİD-19” xəstəsi olan 24 yaşlı Ayşən Səmədzadə aşkarlanaraq müalicə təyin edildiyi ünvana yerləşdirilib.
Onun barəsində Gəncə ŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.